“Xarıbülbülün sədası: Şuşa - 270” festivalı keçirilib


Martın 18-də Bakıdakı 2 nömrəli Texniki-Humanitar Lisey və Şuşa şəhər 1 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə festival keçirilib.

Festivalda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Rəsmiyyə Məmmədova, Şuşa Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nigar Eyvazova, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər. İştirakçılar ilk olaraq liseyin fəaliyyətini əks etdirən stendlərlə tanış olub, məktəblilərarası breyn-rinq yarışını və hər iki təhsil ocağı şagirdlərinin hazırladıqları maraqlı təqdimatları izləyiblər. Sonra məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

BŞTİ müdiri M.Vəliyeva xalqımızın milli dəyərlərini özündə əks etdirən Novruz bayramı ərəfəsində keçirilən “Xarıbülbülün sədası: Şuşa - 270” festivalını bu gün yenidən qurulan, əsil tarixi simasını bərpa edən mədəniyyət paytaxtımıza məktəblilərin bayram hədiyyəsi, həmçinin dövlətimizin başçısı cənab İlham Əliyevin sərəncamı ilə elan edilən “Şuşa İli”nin Azərbaycan təhsili qarşısında qoyduğu vacib öhdəliklərin icrası kimi dəyərləndirib. Bildirib ki, məktəblilərin əfsanədən Zəfər simvoluna çevrilmiş Xarı bülbülə, bu il əsasının qoyulmasının 270 ili tamam olan Şuşaya həsr etdikləri festival gələcək nəsillərin milli-mənəvi dəyərlərimizə, tarixi irsimizə bağlılığının göstəricisidir.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo