Şuşanın azad olunmasında iştirak etmiş təhsil işçiləri “Şuşada ürəyim qaldı” tamaşasına baxıblar


Görkəmli yazıçı-dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyev və Elçin Əfəndiyevin ssenarisi əsasında “Şuşada ürəyim qaldı” tamaşası Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulub. Rejissor Mərahim Fərzəlibəyovun quruluşunda və Bələdiyyə Teatrının aktyorlarının ifasında təşkil olunan tamaşa Bələdiyyə Teatrının 30 illiyinə və Şuşanın  azad olunmasına həsr edilib. ATİAHİ Səbail rayon komitəsinin sədri Mukafat Abbasov tərəfindən rayonun şəhid ailələri və Şuşanın azad olunmasında iştirak etmiş təhsil işçiləri tamaşaya baxmaq üçün dəvət olunublar. Tamaşanın premyerasında həmçinin Xalq yazıçıları - Anar, Elçin Əfəndiyev, Milli Məclisin deputatı Qənirə Paşayeva, eyni zamanda Türkiyədən olan millət vəkili, ölkəmizin tanınmış ziyalıları iştirak ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo