Bakının Səbail rayonunun 239 №-li məktəbində Zəfər Gününə həsr olunmuş “Xalqının zəfər tarixini yazanlar, yaradanlar” mövzusunda tədbir keçirilib.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ATİAHİ Səbail rayon komitəsinin sədri M.Abbasov çıxışında bildirib ki, Müzəffər Komandanın “dəmir yumruq” əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 günə düşməni diz çökdürdü. Azərbaycan Ordusunun hər döyüşü qəhrəmanlıq dastanına çevrildi. İgid Azərbaycan oğulları şərəfləri ilə ən böyük tariximizi yazdılar, qanları, canları bahasına, heç nədən qorxmadan, çəkinmədən, ölümün gözünə dik baxaraq xalqın 30 illik həsrətinə son qoydular. Digər çıxış edənlər yenilməz Azərbaycan Ordusunun peşəkarlığından, nümayiş etdirdiyi yüksək döyüş ruhundan, taktikasından bəhs ediblər.
M.Abbasov rayonun 239 №-li məktəbin ərazisində hazırladıqları “Şəhid Məzunlarımız” kompleksinə görə, Badamdar qəsəbəsi bələdiyyəsinin sədri Təzəxan Məmmədova təşəkkür edib və onu Fəxri fərmanla təltif edib. T.Məmmədov bildirib ki, bu, şəhid ruhlarına olan ali hörmətin göstəricisidir.