ATİAHİ Səbail rayon komitəsi tərəfindən 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə məktəb və məktəbəqədər təhsil müəssisələrinin xanım həmkar ittifaqı sədrləri ilə görüş keçirilib.
Görüşdə rayon komitəsinin sədri M.Abbasov qadınları təbrik edib, Azərbaycan qadınının dövlətə sədaqətindən, ölkənin ictimai-siyasi həyatında iştirakından, fəal vətəndaşlıq mövqeyindən, gender bərabərliyindən danışıb.
Sonra ad günləri münasibətilə 132-134 saylı təhsil kompleksinin həmkarlar ittifaqı (Hİ) sədri Tünzalə Səmədova, 203 №-li məktəbin Hİ sədri Təranə Sadatova və 162 №-li məktəbin Hİ sədri Vəsilə Orucova fəxri fərmanla təltif edilib. Həmçinin bütün iştirakçı xanımlara hədiyyələr verilib.