Səbail rayonunun Badamdar qəsəbəsi 329 №-li tam orta məktəbdə Birinci Qarabağ şəhidinin xatirə lövhəsinin açılışı olub

Səbail rayonunun Badamdar qəsəbəsi 329 №-li tam orta məktəbdə Birinci Qarabağ müharibəsi şəhidi Bakir Quliyevin xatirə lövhəsinin açılışı olub.
Mərasimdə Səbail rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, ATİAHİ Səbail rayon komitəsinin sədri Mükafat Abbasov, ehtiyatda olan palkovnik Mirqiyas Rüstəmov, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şərəf xanım Cəlili, şəhidin həyat yoldaşı Həqiqət Babayeva iştirak ediblər. İcra başçısı Vuqar Zeynalov çıxışında Birinci qarabağ müharibəsində əsgər və zabitlərimizin qəhrəmanlıqlarından, uğurlu Horadiz əməliyyatından, Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilmiş ordu quruculuğundan danışıb. Bildirib ki, Bakir kimi Vətən oğullarının Birinci Qarabağ müharibəsində şərəfli döyüş yolu 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusuna nümunə oldu və onlar işğalçı ordunu məhv edərək torpaqlarımızı azad etdi. Bu Qələbə ilə şəhidlərimizin qisası döyüş meydanında artıqlaması ilə alındı və bu gün Bakir ruhu şaddır. Çünki can verdiyi Vətən torpağı azaddır.
Digər çıxış edənlər vurğulayıb ki, qədirbilən xalqımız şəhidlərini heç vaxt unutmayacaq, daim xatirəsini əziz tutacaq. Şəhidin qızı,
329 №-li məktəbin müəllimi Pərvanə Həsənova atasının şərəfinə qoyulmuş xatirə lövhəsinə görə dövlətimizin başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq edib.
 
329-2.jpg 120.4 KB


Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo