Bakının Səbail rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən respublika üzrə müəllimlər arasında şahmat yarışının rayon turu keçirilib.
Yarış ATİAHİ Səbail rayon komitəsinin təşkilatçılığı ilə baş tutub. Rayon komitəsinin sədri M.Abbasov açılış mərasimində çıxış edərək yarışın proqramı barədə iştirakçıları məlumatlandırıb. Gərgin və maraqlı keçən yarışda qadınlar arasında 1-ci yeri 329 №-li məktəbin müəllimi Firavan İmranova, 2-ci yeri 236 №-li məktəbin müəllimi Jalı Fətəliyeva, 3-cü yeri 236 №-li məktəbin müəllimi Akifə Tahirova qazanıb.
Kişilər arasında isə 1-ci yeri 236 №-li məktəbin müəllimi Şakir Quliyev, 2-ci yeri 236 №-li məktəbin müəllimi Fərid İsgəndərli, 3-cü yeri isə 49 №-li məktəbin müəllimi Amin Mahmudov tutub. Qaliblərə rayon komitəsi tərəfindən diplom və hədiyyələr verilib.