İyunun 14-də Bakının Səbail rayonunun T.Məmmədov adına 239 №-li tam orta məktəbində “Son zəng” tədbiri keçirilib.
Tədbirdə ATİAHİ Səbail rayon komitəsinin sədri Mükafat Abbasov, Badamdar Bələdiyyəsinin sədr müavini Həsənova Xədicə iştirak ediblər.
Öncə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca məktəbin direktoru Sədaqət Əzimova çıxış edərək müstəqil həyata qədəm qoymaları münasibətilə məzunları təbrik edib, gələcək təhsillərində və fəaliyyətlərində uğurlar arzulayıb. Çıxış edən digər qonaqlar da məzunlara xoş arzularını bildiriblər. Məktəbin müəllimləri - Bəniyə Qarayeva, Kəmalə Nəzərova və Zəhra Rüstəmova Səbail rayon komitəsinin sədri Mükafat Abbasov tərəfindən Fəxri fərmanla təltif olunub.
Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirilib.