Səbail rayonunda qadın ittifaq üzvləri təltif olunub
ATİAHİ Səbail rayon komitəsi 8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibəti ilə məktəb və məktəbəqədər təhsil müəssisələrinin xanım ittifaq üzvləri ilə görüş keçirib.
Görüşdə rayon komitəsinin sədri M.Abbasov qadınları təbrik edib, cəmiyyətimizin və dövlətimizin inkişafında onların xidmətlərindən danışıb.
Bildirib ki, elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə qadınlar öz nüfuzunu ilbəil artırmağa müvəffəq olub. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində xanımların nailiyyətləri hər birimizdə məmnunluq doğurur. O həmçinin Novruz bayramından, adət-ənənələrindən söz açıb. Vurğulayıb ki, bu gün Xankəndidə, Xocalıda, Füzulidə, Laşında və digər işğaldan azad edilmiş ərazilərimizdə alovlanan Novruz tonqalı bizi çox qürurlandırır. Tədbirdə digər çıxışlar da dinlənilib, təbriklər səslənib.
Sonda 91 №-li bağçanın müdiri Nabat Əliyeva, ”Turac” bağçasının həmkarlar ittifaqının sədri Cəmilə Rufullayeva, “Könül” bağçasından Mətanət Hüseynova və 162 №-li məktəbin həmkarlar ittifaqının sədri Vəsilə Orucova fəxri fərmanla təltif edilib və digər xanım sədrlərə hədiyyələr verilib.