AHİK-in üzv təşkilatı ATİAHİ Sebail rayon komitəsi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbir keçirib.
Tədbiri giriş sözü ilə ATİAHİ Səbail rayon komitəsinin sədri Mükafat Abbasov açaraq Respublika Komitəsinin sədri Araz Paşayevin təbriklərini iştirakçılara çatdırıb və müəllimlərin cəmiyyətimizin formalaşmasında və inkişafında xidmətlərindən bəhs edib.
Tədbirdə müharibə iştirakçıları - 236 saylı məktəbin hərbi rəhbəri Niftiyev Eldəniz, 2 №-li liseyin hərbi rəhbəri Aslan Ömərov, 162 №-li məktəbin hərbi rəhbəri Sərvan Şirinov, Azərbaycan Maliyyə İqtsad kollecin mühasibi Müzəffər İbadov çıxışlar edərək keçdikləri döyüş yolundan, qazanılan Qələbədən söz açıblar və fəaliyyətlərinə verilən yüksək dəyəri qeyd ediblər.
Şəhid ailələrinin üzvü olan təhsil işçiləri də dövlətimizin onlara olan diqqət və qayğısından danışıb, bu nəcib missiyaya görə, dövlətimizin başçısı cənab İlham Əliyev başda olmaqla hər kəsə təşəkkür ediblər.
İştirakçı müəllimlərə, həmçinin təqaüdə çıxan 132-134 saylı Təhsil Kompleksinin müəllimi Tünzalə Səmədovaya və 219 №-li məktəbin müəllimi İradə Həsənovaya hədiyyələr verilib.