Səbail rayonunda “Heydər Əliyev İli” çərçivəsində yazı müsabiqəsi keçirilib
 

ATİAHİ Səbail rayon komitəsinin təşkilatçılğı ilə rayon müəllimləri arasında “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarıdır” mövzusunda yazı müsabiqəsi keçirilib.
Müsabiqə qaliblərinin mükafatlandırılması mərasimində Səbail rayon komitəsinin sədri M.Abbasov Ulu Öndər Heydər Əlievin həyat və fəaliyyətindən danışıb. Daha sonra 236 №-li tam orta məktəbin direktoru Xanlar İmaməliyev müsabiqənin keçirilmə səbəbləri barədə iştirakçılara ətraflı məlumat verib. Həmçinin 160 №-li Klassik Gimnaziyanın tarix müəllimi Gülsurə Babayeva çıxış edərək Ulu Öndərin dövlət quruculuğu strategiyasından, müəllifi olduğu azərbaycançılıq ideologiyasından, xilaskarlıq missiyasından və ordu quruculuğu siyasətindən danışıb.
Sonra müsabiqənin qalibləri elan olunub: 1-ci yeri 91 №-li məktəbin tarix müəllimi Nazilə Məmmədzadə, 2-ci yeri 219 №-li məktəbin tarix müəllimi Sehran Məmmədov, 3-cü yeri 203 №-li məktəbin tarix müəllimi Haqverdi Cəfərov qazanıb. Qaliblər rayon komitəsi tərəfindən mükafatlandırılıb.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo