Səbail rayon məktəblərində layiqli əməkdən danışılıb

7 Oktyabr - Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar Səbail rayonun 239, 91, 51 və 163 nömrəli məktəblərində dəyirmi masalar təşkil olunub.
AHİK-in üzv təşkilatı ATİAHİ RK Səbail rayon komitəsinin təşəbbüsü ilə baş tutan tədbirlərdə ilk həmkarlar ittifaqlarının sədrləri və təhsil işçiləri ölkəmizdə layiqli əmək şəraitinin təmin olunmasında görülən işlərdən danışıblar. Bildirilib ki, vətəndaşın bir işçi olaraq hüquqlarının qorunması, əməyinin mühafizəsi, onun üçün sağlam və təhlükəsiz iş şəraitinin təşkili dövlət siyasətinin prioritet məsələləri sırasındadır. Vurğulanıb ki, bu, ölkə rəhbərinin hər bir vətəndaşın firavanlığına xidmət edən uğurlu siyasəti, əməkçilərin hüquqlarının təminatına daim xüsusi diqqət və qayğı göstərməsi ilə bağlıdır. Təsadüfi deyildir ki, son illərdə iqtisadi və sosial inkişaf strategiyasından irəli gələrək dövlət tərəfindən əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafelərinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilib. İştirakçılar həmçinin həmkarlar ittifaqları tərəfindən layiqli əmək şəraiti ilə bağlı görülən işlərdən də bəhs edib, bu istiqamətdə müzakirələr aparıb, fikirlərini bölüşüblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo