Sebail rayon komitəsinin sədri anım tədbirində iştirak edib
 

27 Sentybr – Anım Günü AHİK-in üzv təşkilatı ATİAHİ RK Sebail rayon komitəsinin sədri M.Abbasov şəhid məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirələrini dərin ehtiramla anıb. Sonra komitə sədri 239 №li  məktəbdə keçirilən anım mərasimində iştirak və çıxış edib. Bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə sentyabrın 27-nin Anım Günü kimi təsis olunması şəhidlərin xatirəsinə göstərilən böyük ehtiramın nümunəsidir. Onun sözlərinə görə, 44 gün davam edən Vətən müharibəsi tariximizin parlaq səhifəsi olmaqla, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Möhtəşəm uğurlara imza atan, respublikamızı inkişaf etmiş dövlətlər sırasına çıxaran cənab İlham Əliyev yenilməz sərkərdəlik keyfiyyətləri ilə Azərbaycanın yeganə ağrılı probleminə də son qoydu.
O həmçinin həmkarlar ittifaqları tərəfindən şəhid ailələrinə olan diqqət və qayğıdan da bəhs edib.
 
297f29d6-0723-46bf-8ac2-f777450af7b8.jpg 120.73 KB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo