Səbail rayon komitəsi hesabat-seçki yığıncaqları ilə bağlı iclas keçirib
İlk həmkarlar ittifaqlarında yanvar və fevral aylarında baş tutacaq hesabat-seçki yığıncaqları ilə bağlı ATİAHİ Səbail rayon komitəsi tərəfindən iclas keçirilib.
İclasda ilk həmkarlar ittifaqı sədrlərinə tövsiyə olunub ki, hesabat dövründə görülmüş işlər, həyata keçirilmiş layihələr, qarşıda duran vəzifələr barədə ittifaq üzvlərinə ətraflı məlumat verilsin. Həmçinin hesabat-seçki yığıncaqlarının yüksək təşkilatçılıq səviyyəsində hazırlanması və keçirilməsi ilə bağlı sədrlərə müvafiq göstərişlər verilib.
İclasda eləcə də mövzu üzrə müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib, suallar cavablandırılıb.