Paytaxtın Səbail rayonunda Novruz şənliyi təşkil olunub
Martın 15-də ATİAHİ Səbail rayon komitəsi tərəfindən Novruz şənliyi təşkil olunub. Bayram tədbirində məktəb rəhbərləri və müəllimlər, Rayon Təhsil Şöbəsinin əməkdaşları və digər rayon ziyalıları iştirak ediblər. ATİAHİ Səbail rayon komitəsinin sədri Əməkdar Mədəniyyət İşçisi Mükafat  Abbasov bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib, Novruz adət-ənənələrindən, tarixindən, xalqımız tərəfindən yüksək səviyyədə qeyd olunmasından, bu münasibətlə azərbaycanlıların bir araya gəlməsindən söz açıb. Sonra “İlin peşəkar gənci”müsabiqəsinin respublika turunda fəal iştirakına görə, 203 saylı məktəbin müəllimi Çiçək Əhmədovaya verilmiş Fəxri fərman və qiymətli hədiyyə ona təqdim olunub. Tədbirdə həmçinin yubileyləri qeyd olunmuş ittifaq üzvlərinə də fəxri fərmanlar və qiymətli hədiyyələr verilib. Təltif olunanlar göstərilən diqqətə görə, təşkilatçılara təşəkkür ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo