Paytaxtın 239 №-li məktəbində yeni dərs ilinin başlanması ilə əlaqədar tədbir keçirilib


Paytaxtın Səbail rayonunun Tofiq Məmmədov adına 239 №-li tam orta məktəbində yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilib.

Tədbirlərdə elm və təhsil nazirinin müavini Muxtar Məmmədov, Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, ATİAHİ Səbail rayon komitəsinin sədri Mükafat Abbasov, yerli icra hakimiyyəti orqanlarının, ictimaiyyətin nümayəndələri, müəllimlər, sabiq məzunlar, valideynlər və şagirdlər iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə  Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Səbail rayon komitəsinin sədri Mükafat Abbasov tədbirdə çıxış edərək ölkəmizdə təhsilin inkişafından, bu sahəyə dövlətimizin diqqət və qayğısından, əldə olunan nailiyyətlərdən, perspektivlərdən, həmçinin təhsil müəssisələrində həmkarlar ittifaqlarının rolundan danışıb, növbəti tədris ilində məktəblilərə müvəffəqiyyətlər arzulayıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo