Maliyyə-İqtisad Kollecinin şəhid-tələbəsinin məzarı ziyarət olunub

ATİAHİ Səbail rayon komitəsinin xidmətində olan Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru Oruc Məmmədov və HİK sədri Alı Əliyev, həmçinin təşkilatın bir qrup əməkdaşı kollecin unudulmaz tələbəsi, Vətən müharibəsi şəhidi Elşən İbrahimovun məzarını ziyarət edərək önünə əklil qoyub, gül dəstələri düzüb və əziz xatirəsini böyük hörmət və ehtiramla yad edibdir. 
Şəhidə Kollecin Bank işi ixtisası üzrə subbakalavr dərəcəsi verilməsinə dair “Fəxri Diplom” və “Şəhidlər ölməz” adlı xatirə hədiyyəsi kollecin direktoru Oruc Məmmədov tərəfindən şəhidin anası Xatirə xanıma təqdim edilib.
 
Qeyd edək ki, Elşən İbrahimov Vətən müharibəsinin gedişində 2020-ci il oktyabrın 4-də Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. O, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo