Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə kollecin rəhbərliyi və kollektivi iştirak edib.
Kollecin direktoru Oruc Məmmədov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə 15 iyun 1993-cü ildə dövlət rəhbərliyinə qayıdışının tarixi əhəmiyyətindən və inkişafın Azərbaycan modelinin formalaşmasındakı misilsiz rolundan danışıb: “Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 15 iyun xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir. Ulu öndər Heydər Əliyevin dövlət hakimiyyətinə qayıdışı xalqımızın strateji maraqlarını təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı”.
Həmçinin O.Məmmədov 44 günlük Vətən müharibəsinin şanlı Zəfərindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin liderlik nümunəsindən, Azərbaycan Ordusunun örnək şücaətindən və gənc nəslin vətənpərvərlik ruhudan danışıb. UNEC rektorunun kolleclər üzrə məsləhətçisi Nuru Mikayılov Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyasıdan danışıb.
Kollecin müəllimi Alı Əliyev Ulu Öndərin həyat və fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevə həsr edilmiş videoçarx nümayiş etdirilib.