5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə ATİAHİ Səbail rayon komitəsinin təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirə rayonun müəllimləri, qazilər, qazi anaları dəvət ediliblər.
ATİAHİ Səbail rayon komitəsinin sədri M.Abbasov müəllimləri təbrik edərək ölkəmizin inkişafında, gənclərin elmi biliklərə yiyələnməsində, vətənpərvərlik ruhunda yetişməsində onların xidmətlərindən danışıb. Bildirib ki, müəllimlərimiz bizə valideynlərimiz qədər əzizdir, çünki onlar uşaqların tərbiyəsində, böyüməsində ata və analar qədər əziyyət çəkir. Bildirib ki, müəllim sənəti cəmiyyətimizdə hər zaman müqəddəs peşə hesab olunub, onlara daim ali münasibət nümayiş etdirilib. Bu da Azərbaycan cəmiyyətinin kamilliyindən, müdrikliyindən xəbər verir.
Tədbirdə həmçinin 189-190 №-li məktəbin həmkarlar ittifaqının sədri T.Rzayeva, 132-134 №-li təhsil kompleksin həmkarlar ittifaqının sədri T.Səmədova və digərləri çıxışlar edərək müəllimlərin əmək hüquqlarının qorunması, onlar üçün layiqli iş şəraitinin yaradılması, istirahətlərinin səmərəli təşkili, fəaliyyətlərinin qiymətləndirilməsi istiqamətində həmkarlar ittifaqlarının gördüyü işlərdən bəhs ediblər.
Sonda yubileyləri qeyd olunan 219 №-li məktəbin müəllimi İ.Həsənovaya, 189-190 №-li məktəbin müəllimi Ş.Əliyevaya və digər müəllimlərə fəxri fərman və hədiyyələr verilib.