Sentyabrın 10-da ATİAHİ Səbail rayon komitəsi 239 №-li tam orta məktəbdə rayonun bütün ilk həmkarlar ittifaqı sədrlərinin iştirakı ilə iclas keçirib. Komitənin sədri Mükafat Abbasov tədris ilinin başlaması münasibəti ilə iştirakçıları təbrik edib, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Respublika Komitəsinin qarşıya qoyduğu vəzifələrdən danışıb. Bildirib ki, həmkarlar ittifaqlarının fəaliyyətində keyfiyyət yüksəldilməli, şəffaflıq təmin edilməli, ittifaq üzvlərinin əmək hüquqları müdafiə olunmalıdır. O həmçinin vurğulayıb ki, daxil olan müraciətlərə həssas yanaşılmalı, qaldırılan məsələlər barədə müvafiq addımlar atılmalı, ittifaq üzvlərinin məmnunluğu təmin olunmalıdır.
Rayonun 49 №-li məktəbinin həmkarlar ittifaqının sədri Sevinc Nağıyeva və 7 №-li məktəbin həmkarlar ittifaqının sədri Yeganə Misirzadə çıxış edərək bundan sonra da üzlərin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini qoruyacaqlarını, işlərinə məsuliyyətlə yanaşacaqlarını vurğulayıblar.
Sonda ad günü olan ittifaq üzvlərinə fəxri fərmanlar verilib.