ATİAHİ Səbail rayon komitəsi təhsil müəssisələrində mülkü müdafiənin təşkilini diqqət mərkəzində saxlayır
ATİAHİ Səbail rayon komitəsi təhsil müəssisələrində mülkü müdafiənin təşkili, şagirdlərin mühafizəsi üçün lazım olan məlumatların çatdırması və onların yerinə yetirilməsi üçün əməli köməklik göstərilməsini  diqqət mərkəzində saxlayır. Vaxtaşırı olaraq bununla bağlı müxtəlif tədbirlər təşkil olunur. Rayon komitəsi  xidmətində olan təşkilatlarda mülkü müdafiənin təmin edilməsi ilə bağlı görülən işlərə nəzarət edir, lazımi işlərin görülməsi üçün təşkilat və müəssisə rəhbərlərinə tövsiyələr verir. Bu günlərdə ümumtəhsil məktəblərində mülkü müdafiə işinin tədris olunmasına köməylik göstərilməsi məqsədilə rayon fövqaladə hallar komissiyasının və mülki müdafiə işçilərinin rayon məktəblərində əyani treninqləri təşkil olunmuşdur. Belə ki, fevralın 28-də Bakı şəhər 236 və 163   saylı məktəblərdə mülkü müdafiə günləri keçirilmiş, şagirdlərə rayonun mülkü müdafiə üzrə mütəxəssislərinin iştirakı ilə praktiki treninqlər təşkil edilmiş, videolar göstərilmişdir. Martın 1-də isə Aviasiya və avtomobil nəqliyyat üzrə Bakı dövlət peşə məktəbində və 239 saylı məktəbdə şagirdlər arasında yarışlar təşkil edilmiş,                 tibb bacılar, yanğın zamanı vətəndaşlara necə kömək göstərməsi praktik olaraq nümayiş edilmişdir. ATİAHİ Səbail rayon komitəsi rayonun digər  təhsil müəssisələrində də yuxarıda göstərilən tədbirlərin keçirilməsində yaxından iştirak etmiş, müəyyən məlumatların verilməsində təşkilatlara köməklik göstərilmişdir. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo